F-1.az xatırladır ki, ispaniyalı sürücü Əbu Dabidəki sıralanma turunda 11-ci olsa da, Rikkardonun cəzası ilə yarışa 10-cu yerdən başlayacaq.
Fernando Alonso: “Sıralanmada istədiyim tempi tuta bilməsəm də, xoşbəxtəm. Deyəsən son məşqlərdə 13-cü idim. Sıralanma turunun ilk sessiyasında isə 15-ci oldum. İkinci sessiyada 11-ci oldum və nisbətən yaxşı dövrə vurmuşdum. Yarışa Danielin cəzası ilə 10-cu yerdən başlayacağıq. Pis deyil. Yeddi ya da səkkizinci ola bilərik.
Burada ötmə etmək asan deyil. Yüksəlmək çətin olacaq. İki hard təkəri olan bir neçə komandadan biriyik və yarışda bu üstünlükdən istifadə etməliyik.
Sıralanma turundan əvvəl maşına baxdım və düşündüm ki, ona iki dəfə minə biləcəm. Biri sıralanma turunda, biri yarışda.
Yarışda hər dövrədən həzz almağa və mümkün olduğu qədər çox xal almağa çalışacağam. Hədəfimiz finişə çatmaqdır. Yarışın sonunda təkər yandırmaq istəyirəm”.