F.Alonso: “Təkər testləri ədalətli deyil”

Fernando Alonso hesab edir ki, Mercedes, Ferrari və Red Bull komandalarının 2017-ci ilin təkərlərini testi etməsi düzgün deyil.

F-1.az xatırladır ki, Mercedes, Ferrari və Red Bull komandaları Pirelli-nin 2017-ci il təkərlərini test etmək üçün könüllü olmuşdular.

Williams komandası başda olmaqla bütün komandalar məhz bu 3 komandanın 2017-ci il təkərlərini test etməsinin doğru olmadığını demişdilər. McLaren bu testlərdə iştirak etmədiyi üçün narahat olmasa da, Alonso elə düşünmür: “Yeni təkərləri bəzi komandaların test etməsi məntiqli deyil. Hamı yeni təkərlərlə test etməlidir. Əks halda bu doğru olmaz. Mən belə düşünürəm. FİA McLaren-in istisna haldan istifadə etməsinə icazə vermədi. Keçən ilin bolidi ilə test edə bilməzdik və builki mühərriyi istifadə etməyimizə icazə vermədilər. Onlar düşünür ki, biz buna görə üstünlük qazanarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*