F-1.az xatırladır ki, almaniyalı sürücü Belçika yarışının startında Alonsoya arxadan çırpılıb və nəticədə havaya qalxan ispaniyalı sürücü Şarl Leklerə çırpılıb. Bu qəzaya görə Rikkardo da arxadan Rəykkönenə çırpılıb. Yekunda 5 sürücünün hamısı mübarizəni dayandırıb.
Fernando Alonso: “Yenə də əylənmə nöqtəsini qaçırdılar. Sonuncu dəfə Roman bunu edəndə bir yarış buraxmalı olmuşdu. Görək bu dəfə necə olacaq. Əylənmə nöqtəsini bu fərqlə qaçırmasını anlamıram. O sürətlə döngəyə girə bilməzdi.
Şarl daxil olmaqla hamının yaxşı olması əladır. Onun maşınının üstündən uçdum və Halonun olması onu qorudu. Halo ona kömək etdi. Onun yaxşı bir şey olduğunu sübut etməyə ehtiyac yoxdur”.