F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışı 8-ci bitirərək, mövsümün son yarışından da xalla ayrılıb.
Fernando Alonso: “Yarışa Hard təkərlə başlamaq işə yaradı. Çünki Hard təkərlər sizin trasda uzun müddət qalıb Təhlükəsizlik Maşını gözləməyinizə kömək edir. Belə olan halda pitdə daha az vaxt itirirsiniz. Bu gün biz də belə etdik və Virtual Təhlükəsizlik Maşınından istifadə etdik. Beləliklə, iki yer qazandıq. AlphaTauri-lərlə də yaxşı mübarizə apardıq və iki maşınla xal qazandıq. Bu, Alpine üçün yaxşıdır. Bu həftəsonu yaxşı iş görətək, vacib xallar topladıq”.