F-1.az xatırladır ki, Censon Batton və Felipe Massa gələn il Formula1-də çıxış etməyəcəklər və buna görə də, Alonso 37 yaşlı Rəykkönenlə birlikdə peletonda ən yaşlı sürücü olacaq.
Fernando Alonso: “Burada digər idmanlardakı kimi fiziki güc faktorları ortaya çıxmır. Burada əsas boliddir. 20 ildir ki, mətbuat tərəfindən təzyiq görürəm və qəzetlərdə, televiziyalarda və s. hər yerdə oldum. Neçə illərdir yorucu səyahətlər edirəm. Amma 20 il əvvəl 0.3-0.4 saniyə sürətli deyildim.
Mixael Şumaxerin 2006-cı ildə idmandan gedəndə 37 yaşı var idi və hələ də qalib gələ bilirdi. 2006-cı ildə mənimlə Dünya Çempionluğu uğrunda mübarizə apardı və təqaüdə çıxdı.
Formula1-ə 19-20 yaşlarında başlayırsınız və 17-18 il sonra təqaüdə çıxırsınız. Bu illər ərzində səhər yeməyi yeyəndə belə yarış barədə düşünürsünüz. Özünüzü həmişə idmana həsr etməlisiniz”.