F-1.az xatırladır ki, iki sürücü 2006-cı ildə bir-birilə gərgin mübarizə aparmış və Alonso qalib gələn tərəf olmuşdu.
Fernando Alonso: “Mixael çox çətin rəqib idi. Çox sürətli idi və bəzən bizimlə psixoloji mübarizələr aparırdı. Əksər hallarda isə qalib gəlirdi. Həm də çox istedadlı idi.
2006-cı ildə Ferrari Bridgestone, Renault isə Michelin təkərlərindən istifadə edirdi. Hər iki təkərlərin xarakteristikaları fərqli idi. Bəzi traslarda Michelin yaxşı olurdu və daha çox McLaren komandasına fokuslanırdı. Ferrari sürücüləri cümə və şənbə sərbəst yürüşlərində zəif olurdular. Poul qazanırdım, amma boliddən düşüb nəticələrə baxanda görürdüm ki, Mixael ikinci yerdədir. O, əsl savaşçı və mükəmməl yarışçı idi”.