F-1.az xəbər verir ki, Fernando karyerası boyu ən çox əzəli rəqibi Şumaxerdən təsirləndiyini bildirib.
Fernando Alonso: “Mixael heç vaxt pis gün keçirməyib, heç vaxt öz səviyyəsindən aşağı çıxış etməyib. Onun ən çox bu xüsusiyyəti mənə təsir edib. Xüsusən də onunla titul uğrunda mübarizə aparanda çox şey öyrəndim. Bundan əvvəl hansı kateqoriyada yarışmışamsa, hamısında rəqiblərin pis günləri olurdu və bundan yararlana bilirdim. Şumaxerdə bu heç baş vermədi.
Çox vaxt o və Ferrari məğlubedilməz idi. Maşında, sazlanmalarda və ya təkərlərdə problemlərin olduğu pis gün olsa belə, Mixael yenə də yarışı ilk üçlükdə tamamlayırdı. Sıralanma turunda zəif olsa belə, bazar günü podiumda idi. O, əzmkarlığı, hər fürsətdən istifadə etmək istəyi ilə seçilirdi. Bu, möhtəşəmdir”.