F.Alonso: Strollda sabitlik yoxdur

Bu mövsüm baş tutan 8 yarışda Fernando Alonso altı dəfə podiuma qalxıb, onun komanda yoldaşı Ləns Stroll isə dördüncü yerdən yuxarı qalxmayıb.

F-1.az xəbər verir ki, Fernando özü kimi Lənsin də daima ilk üçlük uğrunda mübarizə apara bilməsi üçün hansı yönlərini inkiaşf etdirməli olduğunu deyib.

Fernando Alonso: “Mən Lənsu 2012-ci ildən tanıyıram – o zaman Monrealda Ferrari tədbirlərinin birində tanış olmuşduq və Stroll onların gənclər akademiyasının üzvü idi. Düşünürəm ki, sükan arxasında sürət və fədakarlıq nümayiş etdirir. Bu mövsümün əvvəlində o, sınıq qolu ilə yarışdı, bunu öz işinə ehtirasla yanaşan adamlar edə bilər.

Keçmişdə biz onun yağışda sıralanma turlarında, yarışlarda, startlarda, ilk dövrədə sürətinin çox yaxşı olduğunu görmüşük – o, əla nəticələr göstərub. Ancaq sonradan çox yaxşı bir həftəsonu keçir bilmədi. Səbəb uğursuz sıralanma turu və ya yekun nəticəyə təsir edən başqa bir şey ola bilər.

Məncə, Ləns üçün əsas odur ki, hər həftəsonu çıxışlarda stabilliyə nail olsun. Bu, ona karyerasında növbəti addımı atmağa, mütəmadi olaraq ilk beşlikdəki yerlər uğrunda mübarizə aparmağa və ilin sonunda əhəmiyyət kəsb edəcək xallar qazanmağa imkan verəcək. Dediyim kimi, onun motivasiyası və bağlılığı var. Aston Martin-in davamlı inkişafı ilə Lənsin daha çoxuna iddia etməyə başlaması an məsələsidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*