F.Alonso: Strategiya ilə qazana bilərik

Aston Martin komandasının sürücüsü Fernadno Alonso bildirib ki, sabah yağış yağa bilər və buna görə hədəfi ancaq qələbədir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakodakı sıralanma turunda son cəhdindən sonra lider idi, amma Maks Ferstappen son cəhdinin son sektorunda möcüzəvi performans göstərərək, poulu Alonsonun əlindən 0.084 saniyə fərqlə alıb. 41 yaşlı sürücü isə 11 ildən sonra poula yaxın olsa da, yarışa ikinci yerdən start alacaq.

Fernando Alonso sabah yağış və strategiyanın köməyi ilə qalib gəlmək istəyir: “Özümü yaxşı hiss edirəm. Əlbəttə, Monakoda poul qazanmaq çox vacibdir, amma Maks bizdən bir az sürətli idi və bu, məyusedicidir. Yenə də burada ilk cərgədə olmağımız bizim üçün böyük hadisədir. Trasdakı ən zəif yerimiz son sektordur.

Sabah strategiya ilə nələr edə biləcəyimizə düşünəcəyik. Yaöışın yağıb-yağmayacağına da baxacağıq. Hədəfimiz qalib gəlməkdir. Startdan ilk döngəyə qədər məsafə çox qısadır, amma bu il həmişə yaxşı startlar almışıq. Maks bu il startlarda bir az qeyri-stabildir. Bəlkə, sabah da pis starlarından birini alar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*