F-1.az xatırladır ki, ispaniyalı sürücü Fransada 9-cu başladığı yarışı 8-ci yerdə bitirərək,ardıcıl ikinci yarışda xal qazanıb.
Fernando Alonso: “Bizim üçün yaxşı bazar günü idi. Komanda üçün yaxşı xallar qazandım və daha 4 xal qazanmış olduq. Doqquzuncu başladıq və səkkizinci olduq. Hər şeyə yaxşı nəzarət edərək Ferrari-ləri və Aston Martin-ləri qabaqladıq. Buna görə də xoşbəxtəm.
20 ildir ki, startlarda çox güclüyəm. İndi də davam edir. Startlarda daha sərbəst olursunuz. Yaradıcı olmalısınız. Təkər və bolid performansı vacib deyil. Sadəcə özünüz və instinktiniz ön planda olur. Buna görə də startlardan həzz alıram. İlk dövrələrim güclü olur. Startlarımdan razıyam”.