F.Alonso: “Startdakı insident hər şeyi bitirdi”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, startda Okon ilə Massanın təmasına görə yer itirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 10-cu yerdən başlasa da, startda yer itirmiş və daha sonra əlindən gələni etsə də, 11-ci yeri tuta bilmişdi.

Fernando Alonso: “Bundan yaxşı yarış həftəsonlarımız oldu. Bu gün tempimiz yaxşı olsa da, xal ala bilmədik. İkinci döngədə Okon və Felipe təmas etdi. Bu hadisə mənə pis təsri etdi. İkisinin arasında qaldım və yavaşlayaraq yer itirdim. Daha sonra orta qrupdakı yavaş sürücülərin arxasında qaldım. Bu gün onlardan sürətli olsaq da, hücum edə bilmədik və nəticə pis oldu. Ümid edirəm ki, Yaponiyada da belə sürətli olarıq və burada itirdiyim xalları orada kompensə edərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*