F.Alonso: Startda bəxtim gətirmədi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, startda bəxti gətirməyib.

F-1.az xatırladır ki, Macarıstan yarışının ilk döngəsində zəncirvari qəzalar baş verib. Bunlardan ən yaxşı faydalanan sürücülər isə Okon, Fettel və Sayns olublar.

Fernando Alonso: “Startda bəxtimiz gətirmədi. Estebanın ya da Sebastyanın yerində ola bilərdim, çünki yarışa 8, 9 və 10-cu yerdə başlamışdıq. Amma birinci döngədə problemlər oldu və geriyə düşdük.

Təbii ki, builki ən yaxşı nəticəmdir və gözlənilməz qələbə komanda üçün ən yaxşı nəticədir. Əvvəlki yarışlarda bəxtimiz gətirmirdi. Lakin bu dəfə bəxt biz tərəfdə idi. Ümid edirəm ki, axarıncı olar. Eyni zamanda Esteban üçün də… ilk qələbə heç vaxt yaddan çıxmır. O gün həmişə insanın xatirində olur. Esteban bundan maksimum həzz almalıdır. Bu günü həmişə xatırlayacaq.

Həmiltona qarşı olan müdafiəmi 2005-də İmolada Şumaxerə qarşı olan müdafiəyə bənzətmirəm. O dövrlər Şumaxer məndən 0.3-0.4 saniyə sürətli idi. Burada isə həmilton məndən 1.5 saniyə üstün idi. Yeni Medium təkərləri də hesablasaq, fərq 2.5 saniyə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*