F-1.az xatırladır ki, ispaniyalı sürücü testlərin 6-cı günündə problemlərlə üzləşib və cəmi 57 dövrə vura bilib.
Fernando Alonso: “Bu gün daha çox dövrə vurmaq istədik. Planımız 50 dövrədən artığı idi, amma yeni şeylər kəşf etdik. Belə şeylər testlərdə labüddür. Ümid edirəm ki, bu halla Melburnda qarşılaşmarıq.
Səhər proqramı yerinə yetirə bildik. Günün qalan hissəsində isə əsasən yarış tempinə fokuslanacaqdıq. Buna görə də itirilən vaxta görə məyus deyiləm. Sonuncu gündə yarış tempində işləməliyik və əlavə detalları yoxlamalıyıq. Amma qış testlərindən istədiyimizi aldıq. Buna görə də son günə ehtiyacım yoxdur. Ancaq həmin gün yenə sükan arxasına keçəcəm”.