F.Alonso: “Sonuncu gedəndə motor dayanmır”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, ABŞ-da daha 6 xal itiriblər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 7-ci yerdən başlasa da, mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırıb. Beləliklə, ikiqat Dünya Çempionu bu mövsüm 10-cu dəfə mübarizəni vaxtından əvvəl dayandırıb.

Fernando Alonso: “Mənim üçün 12-ci və ya 17-ci olmağın fərqi yoxdur. Amma daha yaxşı yerdə ola bilərdik. Bu dəfə də əlimizdə olmayan problemlərə görə mübarizəni dayandırdıq. Keçən dəfə Yaponiyada 16-cı yerdə gedərkən mühərrik partlamadı, amma bu dəfə 7-ci idik və problem yarandı. Hər şey yaxşı gedərkən çıxan mühərrik problemi məni növbəti dəfə vacib xallardan etdi.

Buraya bizi dəstəkləməyə gələn fanlara və komandaya təşəkkür edirəm. Hamı əlindən gələni etdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*