F-1.az xatırladır ki, Alpine hazırda Mühəndislər Kubokunda 5-ci yerdədir və onların ən yaxın rəqibi AlphaTauri-dir.
Fernando Alonso: “Mövsümün sonuna 5 yarış qalıb və bunlar əvvəlki 15 yarışla bənzər olacaq. Sürpriz nəticələr gözləmək lazım deyil. Sadəcə xal qazanmağa çalışacağıq. Amerikadan əvvəl 14 yarışlıq xal qazanma seriyamız var idi. İndi bu sona çatdı. Görək son 5 yarışda nə edirik, çünki yaxşı nəticələr komandanın əhvalını yüksəldir”.