F.Alonso son sessiyaya qalmaq istəmir

Fernando Alonso bildirib ki, McLaren Meksikada sıralanma turunda son sessiyaya qalsa, bu böyük sürpriz olar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sərbəst yürüşlərdə birinci yerdən 1.2 saniyə geridə qalıb və 10-cu olub. Batton isə 1.4 saniyə geri qalaraq, 12-ci olub.

Alonso bildirib ki, Ostindəki nəticəni təkrarlamaq çətindir: “Mercedes mühərrikli komandalar şənbə günü mühərrik rejiminin hesabına sürətli olacaqlar. Bu həftəsonu köhnə mühərriyi istifadə edirəm. Yeni mühərrikdən istifadə etməsəm, son sessiyaya qalmağım sürpriz olacaq. Əlimizdən gələni edəcəyik, amma son sessiyaya qalmaq çətin olacaq”.

Alonso SuperSoft təkərlərin yeyilməsinə görə yarışa ilk onluqda başlamaq istəmir: “Son sessiyaya qalmaq üçün SuperSoft təkərlərdən istifadə etmək lazımdır, ancaq bu təkərlər tez yeyilir. Buna görə də, 11-ci və 12-ci yerlər bizim üçün poula bərabərdir”.

Fettel ikinci sessiyada yol vermədiyi üçün Alonsoya “axmaq” demişdi. Alonso bu barədə də danışıb: “Onu gördüm, amma narahat deyildim. Ola bilsin məyusdurlar (Fettel və Ferrari). Onu bağışlayıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*