F.Alonso: Son sessiyada korladıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turunda bir az geridə qalıblar.

F-1.az xatırladır ki, Alpine komandası sıralanma turu üçün favorit olsa da, Alonso son sessiyada dövrə vura bilməyib və nəticədə 10-cu olub. Lakin o, digər sürücülərin cəza alması ilə yarışa 6-cı yerdən başlayacaq.

Fernando Alonso: “Son sessiyada onuncu yeri tutduğum üçün məyusam. Trasdan çıxdığım üçün nəticəm silindi. Əgər nəticəm silinməsə, səkkizinci yeri tutacaqdım. Sıralanma turunda tempimiz zəif idi. Lakin yarış tempimiz yaxşıdır və bu da bizə ümid verir.

Sabah haqqında düşünərkən, arxamızda bizdən sürətli sürücülərin olduğunu unutmamalıyıq. Son 10 yarışdan xal aldıq və sabah seriyanı davam etdirməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*