F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakodakı birinci sərbəst yürüşlərdə 2-ci, ikinci sərbəst yürüşlərdə 4-cü olub.
Fernando Alonso: “Cümə günü çoxlu dövrə vurduq və bolidimizi başa düşə bildik. Bu həftəsonu erkəndən temp tutmaq və bir problemdən qaçmaq çox vacib idi. Hər iki sessiyada da boliddən həzz aldım və sürmək asandır. Bu da trasda bizə çox kömək edir.
Bu il hamı üçün enişli-yoxuşlu olacaq. Buna görə də hər həftəsonu yaxşı performasn göstərməliyik. Bəzi həftəsonlarında rəqiblətimizdən daha sürtəli olacağıq, bəzilərində isə vəziyyət fərqli ola bilər, amma bugünkü sıralanma turunu səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Fernando Alonso bu trasda iki dəfə qalib gəlib və bunu iki fərqli komanda ilə – Renault, McLaren – edib. O, Aston Martin-lə də Monakonu qazansa, üç fərqli komanda ilə burada qalib gələn ilk sürücü olacaq.