F.Alonso: “Sıralanma turunda sürətlənməliyik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turu performanslarını təkmilləşdirməlidir.

F-1.az xatırladır ki, Formula1-in ən titullu 3-cü komandası həm Avstrliyada, həm də Bəhreyndə sıralanma turunda son sessiyaya qala bilməyib.

Fernando Alonso: “Bizim üçün stabillik vacibdir. Bazar günləri boliddən maksimumu çıxarıb yaxşı xallar ala bildik. Ancaq sıralanma turunda istədiyimiz kimi deyilik. Bu problemləri bir gecədə həll etmək mümkünsüzdür. Lakin hamı əlindən gələni edir və qısa müddətdə həll etməyə çalışırıq. Çində yaxşı həftəsonu keçirtmək istəyirik. İki bolidlə də orta qrupun önündə olmalıyıq. Orada uzun düzlüklərin çox olması işimizi çətinləşdirə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*