F-1.az xəbər verir ki, Alonso 3-cü sessiyaya keçməməyin onlara strateji baxımdan kömək edə biləcəyini düşünür.
Fernando Alonso: “Cümə gününün yaxşı keçdiyini düşünürəm. Amma şənbə günü rəqiblərimiz, xüsusilə də Mercedes mühərrikli komandalar sürətli olacaqlar. Williams və Force İndia-nın güclü olacağını gözləyirəm. Mercedes AMG, Ferrari və Red Bull demək olar ki, hər yarışda 3-cü sessiyaya keçən komandalardır. Toro Rosso-nun da şansı çoxdur.
Bunu etmək Barselona və Monakoda olduğundan daha çətin olacaq, amma bunu etməyə çalışacağıq. Amma 3-cü sessiyaya keçə bilmədiyimiz yarışlardan biri ola bilər. Keçməsək təkər seçimində sərbəst olacayıq və bu, bizə üstünlük verə bilər. Cümə günü 11-ci oldum və sıralanmada da bu yeri tutsam, bundan razı qalaram”.
Xatırladaq ki, dünən keçirilən 1-ci sərbəst yürüşlərdə yanacaq sızıntısı problemi ilə qarşılaşan Batton çox vaxt itirmiş və komanda 2-ci sərbəst yürüşlərdən əvvəl onun motorunu dəyişməli olmuşdu. İkinci seansda 7-ci yeri tutan Battonun köhnə və ya yeni motorla iştirak edəcəyi bu gün bilinəcək.
Censon Batton: “Sərbəst yürüşlərin 2-ci sessiyasında köhnə motora qayıtdım və heç bir problem yaranmadı. Motor yaxşı idi. Hansı motorla yarışacağımız barədə qərarı 3-cü sərbəst yürüşlərə qədər verəcəyik. Ya burada istifadə etməyə başladığım yeni motorla, ya da son 3 yarışı keçirdiyim motorla davam edəcəm”.