F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il Monakoda yarışmaqdan imtina edərək İndy500-də yarışmış və onu 2009-cu ilin Dünya Çempionu Censon Batton əvəz etmişdi.
Fernando Alonso: “Birillik fasilədən sonra Monakoda yarışacam və həyəcanlıyam. Burada özümü xüsusi hiss edirəm. İndy500 yarışından həzz almışdım, amma Monako kimi traslar təqvimdə çox azdır və burada yarışmaq başqadır. Yaxşı sazlanma tapsaq, burada gözəl nəticə mümkündür. Keçən il mühərriyimiz zəif olsa da, sıralanma turunda güclü olmuşduq. Bu il keçənilki qədər olmasa da, mühərrik cəhətdən zəifik və bu trasdan maksimum istifadə edə bilərik. Burada sıralanma turu çox vacibdir. Ümid edirəm ki, orada səhv etmərik və Monakodan gözəl nəticə ilə ayrılarıq”.