F-1.az xatırladır ki, ispaniyalı son sessiyadakı ilk cəhdindən sonra 7-ci olsa da, sonradan rəqibləri nəticələrini yaxşılaşdırdıqları üçün 10-cu pilləyə geriləyib.
Fernando Alonso: “Bu gün bolidi idarə etməkdən həzz aldım. Hava şəraiti də bizə kömək etdi. Temperaturun azalması ilə bolidin performansı daha yaxşı oldu.
Sonuncu sərbəst yürüşlərdən sonra bir az narahat idik. İlk sessiyadakı birinci cəhdimiz də yaxşı alınmamışdı və düşündüm ki, bu gün bizim üçün yaxşı keçməyəcək. Amma bolid daha sonra yaxşı nəticə verdi və tutduğumuz yerə görə sevincliyik.
Limitdə getməyə çalışdım. Nəticəmi bir az da yaxşılaşdırmalı idim. Force İndia sürücüləri ilə mübarizə aparmaq asan olmadı. Amma əlimizdən gələni etdik.
Sabah yağışın yağma ehtimalı var. Bu, bizim üçün gözəl fürsət ola bilər. Görək nə olur”.