F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 13-cü yerədn başlasa da, yekunda 6-cı olub və vacib xallar qazanıb.
Fernando Alonso: “Ötmə etmək çətin idi. Xüsusən də Lando üçün, çünki onlar düzlükdə zəif idilər və mənim üçün asan oldu. Yarışın əvvəlində AlphaTauri-ləri trasda keçdik və Hard təkərlər keçdik. Önümüzün açıq olmasını istəyirdik və bu da işimizə yaradı. Sıralanma turunda son sessiyaya qalmadlğımız üçün ılimizdə təptəzə Soft təkərlər var idi. Buna görə də hər şey yaxşı görünürdü.
Yaxşı yarış idi. 70 dövrə ərzində sıralanma rejimində getdik, çünki rahatlana bilməzdik. Yaxşı start alsam da, trafikə görə yerimi itirdim və yenidən mübarizə aparmalı oldum. Yarışın sonlarında rahat gedirdik ki, təhlükəsizlik maşını girdi və yenidən mübarizə apardıq. Buna görə də çətin yarış idi”.