F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddə yarışının startında düzülüşdə səhv mövqedə dayanıb və buna görə 5 saniyə cəza alıb. Buna baxmayaraq, o yarışı üçüncü yerdə bitirib.
Fernando Alonso: “Sözün açığı, bir səhv etmişəm və bunu yenidən araşdıracam. 5 saniyə cəza aldığımı deyəndə, cavab verdim ki, problem deyil. Kompensə edəcəm. Ancaq yenə də təhlil edəcəm.
Çətin yarış olsa da, komandam mənə güc verdi. Bütün yarışda sıralanma tempində getdim. Hazırda Red Bull əlçatmazdır. Ancaq rəqiblərimiz arxamızdadır. Buna görə xoşbəxtəm”.