F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunun əvvəlində çınqıllığa çıxaraq, bolidin altlığınl zədələyib. Bundan sonra o, yaxşı dövrə vurmaqda çətinlik çəkib. O, yekunda 9-cu olub, amma Qaslinin cəzasından sonra yarışa 8-ci yerdən başlayacaq.
Alonso bildirib ki, insidentdən sonra maşın özünü qəribə aparıb və son cəhdində səhv etdiyi üçün yaxşı nəticə əldə edə bilməyib.
Fernando Alonso: “Birinci sessiya hər şeyi təhlükəyə atdı. Bir səhv etdim və son döngədə trasın yaş hissəsinə çıxdım. Burada bolidin idarəetməsi itdi. Bu da mənə baha başa gəldi, çünki çınqıllıqlar altlığı dağıdır. Bu trasa çıxma dövrəsi olduğu üçün çox məyus oldum.
Var qüvvəmlə sürmürdüm. Sadəcə trasa çıxmaq üçün atdığım dövrə idi. Bu performansıma görə məyusam. Ümid edirəm ki, yarışda yaxşı nəticə əldə edərəm.
Bolid bir neçə döngədə qəribə hərəkət edirdi, amma bunun səbəbi külək idi ya trasın şəraiti idi bilmirəm. Birinci sessiyada Lekler, ikinci sessiyada Peres və Rassell uduzdu. Qəribə sıralanma turu idi. Biz də çətinlik çəkirdik. Amma mənim problemim birinci sessiyadakı səhvdən sonra başladı. Hər şeyi təhlükəyə atdıq.
Lakin yarış bu gündür və problemə baxmayaraq, maşın rəqabətədavamlıdır. Yarışda hər şeyi bir araya gətirsək, daha çox xal qazana bilərik. Yarışda ilk beşlik ya da 6-cı yer mümkündür. Çeko da yarışa arxadan başlayır və buna görə də biz 9 yox, 10-cu yerdən başlamış kimiyik. İlk dövrələrdən sürətlə yüksələcək və ondan sonra vəziyyəti mütləq düzəltməliyik. Çətin olsa da, əlimizdən gələni edəcəyik.
Altlıq zədələnməsə, ikincilik mümkün idi. Bu altlıqla da ikincilik mümkün idi, çünki son cəhdimdə 10-cu döngəyə qədər 1.12.7-lərdə gəlirdim. Yenə də 10-cu döngədə yaş hissəyə çıxdım və buna görə üçlük mümkün idi. Bunu görəndə təəccübləndim. Yarış üçün pozitiv düşünürəm, çünki maşın sürətli görünür.
Son döngənin dəyişməsi hücum şansını artıracaq? Bilmirəm. Yarışda görəcəyik. Yeni konfiqurasiyanın kömək edəcəyini düşünmürəm. İşləri daha da çətinləşdirəcək, çünki son iki döngədə rəqibi yaxından təqib etmək təkərləri daha da qızdıracaq. Ancaq hər şey yarışda dəqiqləşəcək”.