F.Alonso şampan dadmaq istəyir

McLaren komandasının sürücüsü Fernando Alonso əmindir ki, bu il hər yarış şampanın dadına baxa biləcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sonuncu dəfə 2014-cü ildə Macarıstanda podiuma yüksəlib və ondan sonra Formula1 iki dəfə şampan istehsalçısını dəyişib.

Fernando Alonso: “Əvvəldən proqnoz vermək çətindir. Bura Formula1-dir. Hər şey ola bilər. Ən böyük favorit Mercedes-in belə nə edəcəyi məlum deyil. Amma Red Bull-un Renault mühərrikləri ilə performansını görürük. Sıralanma turunda zəif olsalar da, yarışda sürətlidirlər. Podiuma çıxdılar və üç yarış qazandılar. Belə olsa, yenidən şampan içə bilərik. Məncə, son 3 ildə hər şey dəyişdi. Çətin günlərimiz oldu. Yeni şeylər öyrəndik. Komanda hazırda əla vəziyyətdədir. Komanda heç vaxt təslim olmadı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*