F-1.az xatırladır ki, Sayns Formula1-də 3-cü mövsümünü keçirir. 22 yaşlı sürücü hələ podium üzü görməsə də, qənaətbəxş nəticələr ala bilir. Toro Rosso komandasının sürücüsü bu il 17 xal toplayaraq, komanda yoldaşı Daniil Kvyata qarşı böyük üstünlük qazanıb.
Fernando Alonso: “Məncə, hamı son 3 ildə Saynsın necə inkişaf etdiyini görür. Formula1-ə gələndən etibarən hamını təsirləndirə bildi və getdikcə güclənir. İlk mövsümündə idmana hazır gəldiyi üçün çox uğurlu idi. Artıq 3-cü mövsümünü keçirir və bu təcrübə ilə daha da yaxşı çıxış edir. Hazırda peletonda ən yaxşı sürücülərdən biridir. Keçən il onunla bir neçə dəfə təkər-təkərə mübarizə apardıq və bu çox gözəl idi”.