F-1.az bildirir ki, ispaniyalı sürücünün Ayfel Qran Prisindən sonra reklam çəkilişi üçün Renault-nun sükanı arxasına keçməsi gözlənilirdi. Komanda rəhbəri Siril Abitebul bu xəbəri təsdiqləməsə də, təkzib də etməyib. Lakin Barselona trasının rəhbərliyi bildirib ki, ikinci gün trasda bir tədbir olacaq. Amma onlar da müştərilərinin adlarını sirr kimi gizli saxlayıblar.
Alonsonun 2020 maşını ilə yanaşı 2018-ci il maşını ilə də sürməsi gözlənilir.