F.Alonso: Sabah daha artığına şansımız olacaq

İspan sürücü səhər sıralanma turundakı uğursuz nəticədən sonra yarışda 2 pillə qazana bilib və yekunda altıncı olub.

F-1.az xəbər verir ki, DRS sistmei ilə bağlı problem yaşayan Aston Martin sürücülərinin hər ikisi yarışı xalla başa vura bilbilər.

Fernando Alonso: “Xal toplaya bildiyim üçün şadam. Bütün həftə sonu bizi narahat edən DRS probleminin həll olunduğundan əmin deyiləm, amma telemetriyanı təhlil edəcəyik. Ümid edirəm ki, sabah hər şey qaydasında olacaq. Bununla belə, aktivləşdirilmiş DRS ilə belə, ötmə etmək çətin idi – maşınlar sürət baxımından çox yaxındır.

Sprint çox faydalı oldu – həftə sonu ilk dəfə olaraq uzun dairələr seriyası sürdük. İnanıram ki, sabah bizim daha çox nailiyyət əldə etmək şansımız var, üstəlik, burada həmişə qırmızı bayraqlar və ya təhlükəsizlik maşını görünə bilər”.

Qeyd edək ki, Fernando sabahkı yarışa sprintlə müqayisədə daha yaxşı mövqedən – altıncı yerdən başlayacaq. AMR23 təkəri çox gec qızdırır və nəticədə təkərlər gec köhnəlir. Bu da sabahkı yarışda dövrələr irəlilədikcə yaşıl maşınlara üstünlük verə bilər. Nəzərə alsaq ki, Bakı Şəhər Halqasında trasda çox qalaraq üstünlük şansını artırmaq da mümkündür. Çünki qırmızı bayraq və ya təhlükəsizlik maşını ehtimalı hər zaman çoxdur…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*