F.Alonso: “Rosberq hər cür nəticəyə hazır olmalıdır”

Fernando Alonso çempionatın lideri Niko Rosberqə hər cür nəticəyə hazır olması barədə xəbərdarlıq edib...

F-1.az xatırladır ki, mövsümün bitməsinə 2 yarış qalıb və Rosberq hazırda ən yaxın izləyicisi Həmiltonu 19 xal qabaqlayır.

Alonso almaniyalı sürücüyə bildirib ki, o, yarışlara ancaq qələbə üçün çıxmalıdır, xal üstünlüyünə güvənib ikinciliyi qəbul etməməlidir: “Keçən il Həmilton ilboyu hegemonluq edərək, rahatlıqla çempion olmuşdu. Bu il işlər bir az fərqlidir və hər iki sürücünün də çempionluq şansları var. Amma iplər bu dəfə Rosberqin əlindədir. Rosberq bu il stabil performans göstərdi. Buna görə də hazırda birinci yerdədir. Əgər Niko Braziliyada qalib gəlsə, Lyuisin tutduğu yerdən asılı olmayaraq, Dünya Çempionu olacaq”.

Alonso bildirib ki, Rosberq hər cür nəticəyə hazır olmalıdır: “Vaxtında mən də birinci yerdə olsam da, sonda çempionluğu əldən vermişdim. Hər şey dəyişə bilər. Etibarlılıq önəmli faktorlardan biri olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*