F.Alonso: Risk aldım

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, restartdan əvvəl komandaya deyib ki, nə olursa-olsun hücum rejimində sürəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikinci startdan əvvəl 10-cu yerdə olsa da, finişə 6-cı yerə çatıb.

Fernando Alonso: “Çox sevincliyəm. İkinci startdan əvvəl komanda ilə danışdım və onlara dedim ki, nə olursa-olsun hücum rejimində sürəcəm, düzdür qəza edə bilərik, amma bəxtimizi sınayaq. Lakin əyləndim. Elə də yaxşı olmayan iki dövrə keçirdim. Yarışa üçüncü dəfə start versələr, əla olardı. İki dövrəlik yarışda hamı aqressiv idi. Yaxşı xallar qazandıq və xoşbəxtəm. Bizim üçün gözəl həftəsonu oldu və altıncı yerdən razıyam.

Bolid də əla işlədi. Komandadakılar əla işlər görürlər. Startlarımız yaxşıdır. Ən yaxşı start almaq üzrə üçlükdəyik. Boliddə özümü getdikcə yaxşı hiss edirəm. Monakoda da özümü yaxşı hiss edirdim, amma sıralanma turunda 17-ci olmuşdum. Ümumilikdə isə Portuqaliyadan sonra hər şey yaxşılaşır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*