F-1.az xatırladır ki, ispaniyalı sürücü Formula1 karyerasına 2001-ci ildə Minardi komandasında başlamış, növbəti mövsüm isə Renault komandasına transfer olaraq, 2005-ci və 2006-cı illərdə fransız komandasının heyətində iki dəfə Dünya Çempionu titulunu qazanmışdı.
İspaniyalı sürücü 2007-ci ildə McLaren-ə transfer olunsa da, bir ildən sonra – 2008-ci ildə yenidən Renault komandasına qayıtmış və 2010-cu ildə Ferrari komandasına transfer olunmuşdu. 2015-ci ildə yenidən “arzularının komandası” olan McLaren-ə qayıdan 35 yaşlı sürücü britaniyalıların heyətində heç xoşbəxt deyil. Xatırladaq ki, Alonsonun McLaren komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq və Britaniya təmsilçisi təcrübəli sürücüsü ilə müqaviləni uzatmaq istəyir. Amma Alonso McLren Honda-nın performansından çox narazıdır və digər alternativləri dəyərləndirir. Almaniyanın Auto Bild nəşrinin verdiyi xəbərə əsasən, Alonso Bəhreyndə Renault komandasınım məsulları ilə görüşüb: “Fransızlar Alonso ilə ciddi maraqlanırlar və ilk danışıqlar Bəhreyndə aparıldı. Renault istəyir ki, təcrübəli sürücü qayıtsın və Hülkenberqin komanda yoldaşı olsun. Alonsonun meneceri Luis Qarsiya Abad ilə Renault Sport-un rəhbəri Siril Abitebul arasında qapalı qapılar arxasında danışıqlar gedib”.