F.Alonso Renault-ya güvənir

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, Renault mühərrikləri pis vəziyyətdə deyil.

F-1.az xatırladır ki, Renault mühərrikləri keçən ilə nisbətən güclü görünsə də, tez-tez etibarlılıq problemləri yaşayıblar.

Fernando Alonso: “Hazırda Renault-nun yaşadığı problemlər bizi narahat etmir, dünyadakı ən yaxşı mühərrik istehsalçılarındandır. Keçmişdə Formula1-in ən yaxşı mühərriklərini istehsal ediblər. Gələn il də güclü mühərrik istehsal edəcəklər. Builki problemlərdən bir komanda təsir gördü. Digərlərinə təsir etmədi. Ona görə narahat deyiləm. Mercedes-lə eyni səviyyədə olmasalar da, problemlərin çoxunu tapdılar və həll etməyə çalışırlar. Mercedes-lə yarışmaq üçün inkişaf etməlidirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*