F-1.az xatırladır ki, testlərin ən təsiredici komandaları Ferrari və Mercedes-dir. Amma Red Bull ilk testlərdə gözləntiləri qarşılaya bilməsə də, dünən yaxşı formada olduğunu sübut edib.
Avstriyalılar ilk dördgünlük testləri 372 dövrə ilə 5-ci və 7-ci yerdə tamamladığı halda, ilk dördlüyü Mercedes və Ferrari sürücüləri tutmuşdular.
McLaren ilə bərbad test keçirən Alonso bildirib ki, Red Bull testlərə ilk yarışda istifadə edəcəkləri bolidlə gəlməyib: “Ən çox Red Bull-dan qorxuram. Nəticədə bu testdir və burada əsas məsələ bolidi sınaqdan keçirməkdir. Hələ də Red Bull-un nələr edə biləcəyini görməmişik. Həmişə eyni şeyləri edirlər. Avstraliyada bu bolidin olacağına inanmıram. Mercedes-i məğlub edib-etməyəcəkləri ilə bağlı heç nə deyə bilmərəm. Nəticədə bu, futbol deyil. Hər şey göstərdiyiniz nəticədən, yanacağın miqdarndan və təkərdən asılıdır”.