F.Alonso: “Red Bull-un qələbəsi motivasiya verdi”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Renault mühərrikli Red Bull-un yarış qazanması McLaren üçün motivasiyadır.

F-1.az xatırladır ki, Red Bull komandası Çində təhlükəsizlik maşını rejimindən maksimum faydalanaraq pit-stop etmiş və Daniel Rikkardo daha təzə təkərlər hesabına rəqiblərini geridə qoyaraq, “qırmızı öküzlər”ə mövsümdə ilk qələbəni qazandırmışdı.

Fernando Alonso: “Bu yarış bizə güc qurğusunun potensialını göstərdi. Əgər şassini düzəldə bilsək, bu güc qurğusu ilə mübarizə apara bilərik. Motivasiyamız artdı. Komanda olaraq hələ istədiyimiz yerdə deyilik. Fərqi bağlamaq üçün şassi üzərində çoxlu işləməliyik. İnkişaf etməli olduğumuzu bilirik. Bunu gizlətmək olmaz. Lakin bazar günü əsas işimizi görüb maksimum xallar qazanırıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*