F.Alonso: Qırmızı bayraqlar suallar yaradır

Dünənki gərgin keçən yarışa damğa vuran amillərdən biri də nə az, nə çox, düz 3 dəfə qırmızı bayraqlarla mübarizəyə fasilə verilməsi olub.

F-1.az bildirir verir ki, yarışı üçüncü yerdə başa vurmuş ispan sürücü verilən qərarlara aydınlıq gətirilməli olduğunu düşünür.

Fernando Alonso: “Düzünü desəm, bütün qırmızı bayraqlar suallar doğurdu. Birincisi, altıncı döngədə Williams-ın qəzası ilə bağlı idi, lakin hadisə biz təhlükəsizlik maşınının arxasında dövrə vurduqdan sonra baş verdi. Orada təhlükəli heç nə yox idi, sadəcə bir az çınqıl var idi. Amma maşında olduğumuz üçün böyük mənzərəni görmürük. Ola bilsin ki, orada divar zədələnib. FIA-nın bizdən daha çox məlumatı var, lakin yarış qırmızı bayraqlarla dayandırılırsa, bunun bir səbəbi olmalıdır.

Ola bilsin ki, Bakıda qırmızı bayraqların niyə ikinci dəfə peyda olduğunu söyləyəcəklər. Bəli, düzlükdə təkər var idi, lakin maşının özü 4-cü döngənin daxilində idi və heç bir təhlükə yaratmırdı. Belə hallar üçün Təhlükəsizlik Maşını lazımdır. Aydındır ki, bu məsələdə fərqli fikrimiz var, lakin dediyim kimi, yalnız FİA bütün məlumatlara malikdir. Belə hallarda biz onlara güvənirik və dəstəkləməyə çalışırıq”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*