F.Alonso: “Qəza halo üçün yaxşı test oldu”

Formula1-in adlı-sanlı ekspertləri bildiriblər ki, Alonsonun Avstraliya QP-də keçirdyi qəza halo sistemini inkişaf etdirməyə kömək edəcək...

F-1.az xatırladır ki, Fernando Alonso mövsümün ilk yarışında ölümcül qəza keçirtdi, amma ispaniyalı heç bir yara almadan canını qurtardı.

Fernando Alonso Esteban Qutyerres ilə 19-cu yer uğrunda mübarizə aparırdı və o, meksikalı sürücünün arxa təkərinə toxundu və dıvara çırpılaraq, 3 dəfə salto vurdu və bariyerlərə dəyərək dayandı.

Amma bundan sonra bəzi mütəxəssislər halonun sürücülərə boliddən çıxmağa maneə törədəciyini fikirləşdilər və sistemin inkişaf etdirilməli olduğunu müzakirə etməyə başladılar.

Fernando Alonso: “Bu mövzu üzərində təhlillər aparmaq və araşdırmaq lazımdır, çünki boliddən çıxmaq üçün balaca bir yer var idi.

Mən boliddən asanlıqla çıxdım, amma halo sistemi olsaydı, mənim çıxmağım çətinləşə bilərdimi? Bunu araşdırmalıyıq”.

Alonsonun qəzası başqa sahələrdə də araşdırma aparmağa kömək edəcək. Bu FİA-nın yeni ultra yüksək sürətli kamerasıdır. İspaniyalı sürücünün insidenti bu kamera ilə çəkilmiş ilk qəzadır.

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, əlavə görüntülər F1-ə marağı artıra bilər və halo sistemi barədə çox suala cavab verə bilər: “Yeni yüksək sürətli kameralardan ilk görüntüləri götürəcəyik. Bu işi daha da maraqlı edir.

Yüksək sürətli kameraların və sürətlənmə ölçənlərin hesabına biz görə biləcəyik ki, Alonsonun başı haradadır. Daha sonra bu məlumatları halo sistemi ilə test edəcəyik.

Rallidə sürücülərin başı təhlükəsizlik elementlərinə çırpılanda daha təhlükəli olur. Bu elementlər olmadığı zaman qəzalar daha zərərli olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*