F-1.az xatırladir ki, Fernando ikinci sərbəst yürüşlərdə hamıdan sürətli nəticə göstərərək Aston Martin-in güclü olması barədə deyilənləri alovlandırıb.
Fernando Alonso: “Komanda düzgün istiqamətdə daha bir addım atdı. Maşın yaxşıdır, lakin biz hələ də gözləmək və hadisələrin necə inkişaf etdiyini görməliyik.
İndi dövrəvi nəticəyə baxmamalısınız, çünki biz maşının bəzi parametrlərinə diqqət yetirməyə davam edirik. Komanda və mən yenicə birgə işləməyə başlayırıq, ona görə də biz brifinqlərdə çox şey müzakirə edirik, trasda işləməyə yanaşmanı dəyişirik – komandanı bütün sahələrdə yenidən yığmağa çalışırıq. Maraqlı bir prosesdir və hər gün öyrənməyə birlikdə davam edirik.
Baxaq, ilk bir neçə yarışda nəticələr necə olacaq. İndiyədək biz yalnız testləri uğurla keçirmişik. Laurens Strollun iştirak etdiyi layihələrlə bağlı öz baxışı var – onun nəyisə bacarmadığını görmək çox nadir hallarda mümkündür, ona görə də Aston Martin-in liderlərlə mübarizəyə başlaması an məsələsidir.
Yeni maşınımız, yeni texniki şöbəmiz var və öyrənməyə davam edirik. Düşünürəm ki, hələ çox yolumuz var”.