F-1.az xatırladır ki, 2 mövsümlük fasilədən sonra yenidən idmana qayıdıb və cümə sərbəst yürüşlərində lider Ferstappendən 0.9 saniyə geridə qalıb.
Fernando Alonso: “Özümü yaxşı hiss edirəm. Qayıtmaq əla oldu. Yarış yarışdır. Buna görə də özümü yaxşı hiss elədim. İki sessiyadan da həzz aldım. Komanda ilə xırda sazlanmalar üzərində işləyirik. Hava şəraiti testlərdəkindən fərqlidir, lakin mən cümə günündən həzz aldım.
Düzünü desəm, bolidin daha güclü olduğunu düşünürəm, çünki bolidin balansı testlərdəkindən fərqlidir. Buna görə də balansı düzəltməyə çalışırıq. Şənbə günü daha güclü olacağıq”.