F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci ildə idmandan getsə də, 2021-ci ildə Alpine-lə yenidən qayıtmışdı.
Fernando Alonso: “İdmana qayıdarkən zəif ola bilərsiniz. 2020-ci ildə gənc sürücü testinə qatılarkən bir az narahat idim. Keçən il performansımdan da tam razı deyildim. Bu il boliddən və performansımdan razı qaldım. Növbəti mövsümə hazıram.
İdmana qayıtmaq elə-belə şey deyil. Özünüzə gəlmək üçün bir neçə yarışa ehtiyacınız olur”.