F.Alonso: “Qaydaların tez-tez dəyişməsi çempionata zərər vurur”

Builki mövsümün gedişində bir neçə dəfə yeni qaydaların tətbiqinin və ləğvinin şahidi olmuşuq: yeni sıralanma turu formatının tətbiqi və ləğvi, radio danışıqlarına qadağanın tətbiqi və ləğvi və s.

F-1.az xatırladır ki, çempionat iştirakçıları bu vəziyyətin yaxşı hal olmadığını bildirmişdilər. İkiqat dünya çempionu Fernando Alonso isə bildirib ki, bu hal çempionata zərər vurur, çünki azarkeşlər və tamaşaçılar trasda baş verənləri anlaya bilmirlər…

Fernando Alonso: “Bu, normal hal deyil – qaydaları nə qədər dəyişmək olar? Biz yenə də iki həftə, iki ay və ya iki il əvvəl olan qaydalara qayıdırıq… Nəticədə biz sürücülər sadəcə mühəndislərimizi gözləyirik, onlar isə bizə nəyin qadağan, nəyin caiz olmasını izah edirlər, özü də hər sərbəst yürüşdə, hər sıralanma turunda, hər yarışda… və bu hal artıq bir neçə aydır davam edir…

Biz daim qapalı dairə üzrə hərəkət edirik və sürücü olaraq bütün bu hallardan kənar durmağa çalışırıq, çünki qaydaları biz dəyişmirik, bizim bu dəyişikliklərə təsir etmək imkanımız yoxdur. Biz ümid edirik ki, heç olmasa mövsümün ikinci yarısında bizi stabillik dövrü gözləyir. Əslində, qaydaların dəyişməsi problem deyil, çünki bu, bizim işimizdir, amma azarkeşlər üçün, tamaşaçılar üçün yaxşı olardı ki, qaydalarda hansısa bir stabillik gözlənilsin…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*