F.Alonso: Problemlərə görə 60 xal itirdik

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, bu il mexaniki problemlərə görə 60 xal itirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Sinqapur yarışında 6-cı gedərkən, motoru dayanıb. Beləliklə, dəyərli xallar itirib.

Fernando Alonso: “Mübarizəni dayandırmaq məyusedicidir. Önəmli xallar itirdik. Növbəti dəfə 8-10 xalı əldən verdik. İl ərzində deyəsən 50 xal itirmişdik və indi 60 oldu. Mexaniki problemlərə görə bu qədər itirmək qəbulolunmazdır. Bütün həftəsonu yaxşı performasn göstərsək də, mexaniki problemə görə hər şey yarımçıq qaldı.

Düzdür, bu yarış hər iki Alpine mübarizəni dayandırdı, amma o biri 13-cü yerdə idi və xal qazanmayacaqdı. Onun üçün heç nə dəyişmədi, ancaq mənim tərəfimdə çox şey dəyişdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*