F.Alonso pozitiv fikirdədir…

McLaren komandası testlərin ilk 2 gününü problemsiz və xeyli yol qət edərək başa vursa da, 3-cü gün nahardan sonra işləri qaydasında getmədi.

F-1.az xatırladır ki, testlərin son gününü komanda tamamilə boşa verməli olub. Alonso cəmi 3 dövrə vura bilib.

Amma buna baxmayaraq, Alonso pozitiv fikirdə olduğunu bildirib: “Yaxşı startdan sonra 2 gün problemlərlə keçdi. Amma eybi yoxdur. Problemlər çox da əhəmiyyətli şeylər deyildi. Növbəti testlərə qədər bunu həll edə bilərik. Kifayət qədər vaxtımız var.

Ümumi olaraq ilk testlərin pis keçmədiyini deyə bilərik. Nəticədə xeyli məsafə qət etdik. Növbəti testlərə daha yaxşı hazırlaşacayıq…”

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*