F-1.az xəbər verir ki, ikiqat dünya çempionu ilk yarışda əsas hədəfinin podium olduğunu bildirib.
Fernando Alonso: “Poul qazanmamız barədə fikirlər çox optimist idi. Məqsədimiz iki maşınla finala mərhələsinə çıxmaq və ilk altılığa düşmək idi. Red Bull-dan yarım saniyə geri qalacağımızı güman edirdik və belə də oldu. Biz belə nəticələr gözləyirdik, ona görə də çox xoşbəxtəm.
İnanıram ki, gələcəkdə Aston Martin titul üçün iddialı olacaq, lakin bu səviyyəyə çatmağımız üçün vaxt lazımdır. Bizə bir mövsüm lazım ola bilər. Üzərində gələcəyi qura biləcəyimiz maşınımız var. Ancaq müəyyən mənada mövsümün ilk yarışında beşinci yerdən başlamaq hamı üçün gözlənilməz nəticədir.
Uzun məsafədə sürətli olmaq maşınımızın əsas gücüdür. Təkərlərin aşınması maşınımızda aşağıdır. Yarışda Ferrari və Mercedes ilə podium uğrunda mübarizə aparmağa çalışacağıq. İndi inanılmaz səslənir!”.