F.Alonso Pirelli testlərində iştirak edəcək

İkiqat dünya çempionu yeni komanda yoldaşı Ləns Stroll ilə birlikdə fevralda Pirelli-yə təkərlərin yoxlanılmasında köməklik edəcək.

F-1.az xəbər verir ki, bu qış italiyan təkər istehsalçıları yeni nəsil şinlər üzərində beş komanda ilə işləyirlər. Fevralın əvvəlində sınaqların keçirilməsi növbəsi Aston Martin-ə çatacaq.

Komanda fevralın 7-də və 8-də İspaniyanın Xeres trasında işləyəcək və slikləri sınaqdan keçirəcək. İlk gün Alonso ötənilki maşının sükanı arxasına əyləşəcək, ertəsi gün isə Stroll onu əvəz edəcək. Aston Martin ilə birlikdə Mercedes də eyni günlərdə Xeresdə işləyəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*