F-1.az xatırladır ki, ispaniyalı sürücü hazırda Bəhreyndə mövsümiçi testlərdə iştirak edir. İkiqat Dünya Çempionu bundan başqa WEC-də çıxış edir və hazırda çempionatda liderdir. May ayında isə İndy500 yarışında iştirak edəcək.
Fernando Alonso: “Keçən il Avstraliyada 5-ci, Bəhreyndə 7-ci oldum. Formula1-dən getməyə qərar verəndə Sürücülər Çempionatında 4-cü idim. 18 ildir buradayam. Doqquzuncu və onuncu yerdə mübarizə aparmaqdansa, idmandan getmək daha yaxşıdır”.
Qeyd edək ki, McLaren komandası Bəhreyndə tam heyətlə sıralanma turunun son sessiyasına qalıb. Yarışda da mükəmməl performans göstərən “narıncılar” Lando Norrislə 6-cı olublar.