F-1.az xatırladır ki, ispaniyalı sürücü bugünkü yarışa Peresin arxasında ikinci yerdən başlayacaq. Əksəriyyət ikiqat Dünya Çempionunu qələbə üçün real namizəd görür.
Fernando Alonso: “Peresi keçərəmmi? Bilmirəm. Hələ o vəziyyətdə deyilik. Red Bull saf sürət cəhətdən başqa liqadadır. Buna görə də arxamızdakı komandalara diqqət etməliyik. Ferrari, Mercedes çox güclü olacaq. Alpine də burada sürətlidir.
Biz arxamızdakılarla yarışacağıq. Maks da sıralanma turunda güclü idi, amma mexaniki problem yaşadı. Lakin öndə bir hadisə baş versə, fürsəti dəyərləndirəcəyik.
Neqativ düşünmək istəməsəm də, sərbəst yürüşlərdəki və Bəhreyndəki tempimizə baxıb özümüzə qarşı dürüst olmalıyıq. Red Bull hazırda hamıdan öndədir. Hədəfimiz Çeko ilə mübarizə aparmaq olmasa da, bu idmanda hər şey ola bilər”.