F.Alonso: Ötmə etmək çətin olacaq

Aston Martin komandasının sürücüsü Fernando Alonso Mayamidəki cümə sərbəst yürüşlərindən sonra asfaltdan narazıdır.

F-1.az xatırladır ki, Mayami trasının asfalt qatı bu il dəyişdirilmişdi. Lakin cümə günündən sonra sürücülər yeni asfaltdan narazı qalıblar. Əsas problemlərdən biri isə yarış trayektoriyasından kənar hissələrin çirkli olmasıdır.

Fernando Alonso: “Yeni asfalt keçənilkindən yaxşı görünsə də, indiyə qədər onu təmizləməklə məşğul olduq. Heyif ki, Formula2 ya da Formula3 kimi dəstək yarışlarımız yoxdur. Yarış trayektoriyası yavaş-yavaş təmizlənsə də, digər trayektoriya çirklidir. Bazar günü böyük ehtimalla ötmələr az olacaq, çünki getmək üçün bir trayektoriya var. Bolid sürüşməyə başladığı üçün ötmə etmək çətindir.

Normal cümə günü idi. Bakıdakına nisbətən trasda daha çox vaxt keçirdik. Qırmızı bayraqlara baxmayaraq, yarış tempində işlədik. Sıralanma turuna öndən olmaq vacibdir. Görək nə edirik. Ümumilikdə isə bazar günü daha yaxşı performans göstəririk.

Cümə günü daha çox dövrə vurmaq istərdik, amma qırmızı bayraqlar imkan vermədi. İndi isə əlimizdəki məlumatlara əsasən bazar günü strategiyamızı qurmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*