F-1.az xatırladır ki, McLaren komandası bu il Renault mühərriklərinə keçmiş və 2014-cü ildən sonra ilk dəfə açılış yarışında iki bolidlə birdən xal almışdı.
Fernando Alonso: “Öndəki 3 komandaya çatmaq üçün inkişaf etməliyik. Fərq böyükdür, amma bağlamaq bizdən asılıdır. Növbəti iki ay bizim üçün vacibdir. Çempionluq uğrunda olmasa belə, podiumlar üçün mübarizə aparmaq istəyirik.
Son 3 ildə ilk dəfə hər şey bizdən asılıdır. Bolidin potensialı var. Testlərdə enişli-yoxuşlu performans göstərdik. Avstraliyada da sıralanma turu istədiyimiz kimi keçmədi. Melburnda podiumdan iki pillə geridə qaldıq. Hər şey ola bilər. Əvvəl-axır podium fürsəti gələcək”.