F-1.az bildirir ki, Fernando Alonso dünən yarışın finişindən sonra daha bir cərimə alıb. İspaniyalı sürücü döngəni kəsərək üstünlük qazanıb və ötmədən sonra yerini sürücüyə qaytarmadığı üçün yekun nəticəsinin üzərinə + 5 saniyə əlavə olunub.
Ona görə də bu cərimədən sonra ikiqat dünya çempionu xal zonasından düşüb – Aleks Əlbon 9-cu yerə, Ləns Stroll isə 10-cu yerə yükəsliblər…
Bundan başqa Fernando Alonsonun lisenziyasına 1 cərimə balı yazılıb. Beləliklə, 40 yaşlı pilotun cəza ballı 5-ə yüksəlib.